Müqəddəs Qum şəhərində xarici tələbələrin iştirakı ilə şəhid general Süleymani, doktor Möhsin Fəxrizadə və Ayəyullah Misbah Yəzdinin anım mərasimi keçirilib.
Qafqaz Həqiqətləri xəbər verir ki, anım mərasimi Azərbaycan, Hindistan və Pakistan ölkələrindən Qumda təhsil alan tələbələrin təşəbbüsü və iştirakı ilə baş tutub.
Mərasimdə püşkatma vasitəslə 1 nəfər Məşhəd ziyarətinə göndərilib və 14 nəfərə kitab hədiyyə edilib.