Xəbərlər

Ərdoğandan kürd deputatlara xəbərdarlıq

Türkiyə baş naziri bildirib ki, bəzi kürd deputatların təhdidlə yanaşı olan müraciətləri onların Abdulla Öcalan ilə görüşlərinin kəsilməsinə səbəb ola bilər.

Frans 24 telekanalının verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan Sülh və Demokratiya Partiyası və PKK liderləri arasındakı fikir ayrılığı ehtimalı barədə isə deyib: bu onların özünə aidə olan bir məsələdir. Amma, bəziləri təhdid xarakterli mesajlar verməkdə və siyasi adət-ənənədən kənar müraciətlər etməkdə davam edərlərsə, bu, Sülh və Demokraitya Partiyası ilə Ədliyyə Nazirliyi arasındakı münasibətlərə zərbə vura biləcək.
Ərdoğan əlavə edib: Onlar hazırkı həssas dönəmin tələblərinə uyğun şəkildə danışmalı və mövcud siyasi xətdən kənara çıxmamalıdırlar. Əgər belə olmazsa, münasibətlərdəki bağlar qırılacaq və bu məsələ onların Öcalan ilə görüşlərinin kəsilməsinə səbəb ola bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button