
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidentinin müşaviri Bayden arasındakı telefon danışığının pərdəarxası məlum olub.
İlk zəng Türkiyənin İraqda baş verənlərə mövqeyini öyrənmək üçün Baydendən gəlib. Bayden Türkiyənin baş vermiş hadisəylə bağlı necə bir siyasət yürütdüyünü, bazarlıq olub -olmadığını öyrənmək istədiyi məlum olub. Bayden Ərdoğandan Türkiyənin bölgəyə yönəlik hər hansısa əməliyyatlar keçirib keçirməyəcəyini, Mosuldakı əsirlərin azad edilməsi məqsədi ilə həmlə edib-etməyəcəklərini də soruşub. Ərdoğan isə Türkiyə vətəndaşlarını risqə atacaq hər hansısa addım atmayacaqlarını, müttəfiqlərini də belə əməliyyatlardan çəkinməyə çağırıb.
Əməliyyat düşünməyin
Bayden və Ərdoğanın telefon danışığı zamanı , ABŞ rəsmisi ölkəsinin əsirlərin geri qaytarılması üçün Türkiyəyə dəstək verdiklərini bəyan etdi Ərdoğan Türkiyə olaraq soyuqqanlı şəkildə hərəkət etdiklərini, bölgədəki fərqli qaynaqlardan mütəmadi olaraq informasiyalar aldıqlarını deyib. Ərdoğanın sərt şəkildə Baydendən bölgədə heç bir əməliyyatın aparılmamasını tələb etdiyi bildirilir. O, bunun türk əsirlərin ziyanına işləyə biləcəyini və bunun Türkiyə üçün, qırmızı xətt olduğunu deyib. “Nə ABŞ, nə də İraq hökuməti bölgədə hansısa bir əməliyyat aparmasın”.
Ərdoğan zəng etmədi
Verilən məlumatlara görə, Türkiyə indiyə kimi kimsədən yardım istəməyib. Ərdoğan heç bir dövlət rəhbərinə zəng etməyib. Almaniya kansleri Merkel də, Bayden də özləri Ərdoğana zəng ediblər. /avropa.info/