ArxivXəbər lentiXəbərlər
Ərdoğanın istefasını tələb etdi

Bu gün Ankaradakı məlum terror aktlarının törədildiyi ərazinin yaxınlığında minlərlə insanın iştirakı ilə həlak olanların xatirəsini anma mərasimi keçirilib.
Virtualaz.org-un FransPress agentliyinə istinadən məlumatına görə, aksiya iştirakçıları hökumətin, xüsusən də prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə şüarlar da səsləndirib, onun istefasını tələb ediblər.
Xatırladaq ki, dünənki terror aktları nəticəsində 100-ə qədər insan həlak olub, yüzlərlə yaralı var.