Ərdoğanın türk dilindən sui-istifadəsi

Ərdoğan türkdilli ölkələrdə rəhbərlik fikrindədir
Neçə gün bundan əvvəl vitseprezident Turqul xəbər vermişdir ki, Ərdoğan 2017-ci ilinin türk dili ili elan edilməsi istiqamətində kampaniyanın yaradılması səylərini səmimi dəstəkləmişdir. O, bu xəbəri bildirərək artırmışdır ki, Türkiyə rəsmiləri və xüsusilə R. T. Ərdoğan 2017-ci ilin türk dili ili elan edilməsi üçün müxtəlif bəyaniyyələr və kampaniyalarla çıxış edəcəklər. O, bu təşəbbüsün həyata keçirilməsi üçün Türkiyənin sarsılmaz iradədə olduğunu vurğulayaraq Ərdoğanın bu istiqamətdə göstərdiyi səy və əməyinə minnətdarlığını bildirmişdir.. Əlbəttə qabaqlar özünü (həm də Türkiyəni) islam dünyasının rəhbəri kimi təqdim etməyə çalışan Ərdoğanın bu kimi siyasət nümayiş etdirməsi ədalət və inkişaf partiyasının türkləri xüsusilə 16 aprel referandumuna cəlb etmək üçün təhrik etmələrini göstərir. Əslində Ərdoğan bu siyasətlə laqeyd təbəqənin səsini öz partiya və reformizminin səbədinə cəlb etmək məqsədi güdür. Lakin bu siyasətlərin vitseprezident tərəfindən bəyan edilməsi onun özünü türkidilli ölkələrin (Xəzəryanı türkdilli ölkələr) rəhbəri kimi təqdim etmə gizli planının örtüyünü açır. Demək bu siyasətlərin beynəlxalq səviyyədə nümayiş etdirilməsi bir tərəfdən Ərdoğanın rəhbərlik fitnəsini və xəzəryanı ölkələrə nüfuz etmə səyini, digər tərəfdən isə öz karizmasını yüksəltmək və 16 aprel referandumuna səs toplamaq səyini üzə çıxarır. Çünki Ərdoğan qabaqca Almaniya və Hollandiya ilə ixtilaflarından istifadə edərək konstitusiya islahatlarına müxalif olanları əcnəbilərə bağlı adamlar adlandırmışdı. Demək Ərdoğan bu siyasətlə türkiyəlilərə belə bir ifadəni aşılamaq istəyir ki, əcnəbilərə bağlı olan islahat müxaliflərinin xilafına olaraq o, millətçi bir adamdır.