Nardaran məhbusu Abbas Hüseynov Azərbaycan xalqını İslam Peyğəmbərinin doğum günü münasibəti ilə təbrik edib
qafqaz.ir Rakurs TV-ə aldiyimalomata asas bildirib. Məktubu olduğu kimi təqdim edirik:
“Məhəmməd Peyğəmbərin (s) mövludu münasibəti ilə əziz və dəyərli Azərbaycan xalqını təbrik edirəm! Məhəmməd (s) ədalət və mübarizə örnəyidir. Əziz möminlər Peyğəmbərin (s) həyatını izləyən zaman, onun zülmə qarşı mübarizəsinə və ədalətin bərpası uğrunda göstərdiyi səylərə diqqət etsinlər. Çünki Həzrəti Məhəmməd (s) bütün zamanlarda örnək olacaq bir şəxsdir.
Həmçinin, bunu da qeyd edim ki, Quran hafizi, əzizimiz Hacı Zülfüqar və onunla birlikdə mühakimə olunan möminlərin işinə baxan məhkəmənin qərarı ədalətsizdir. Hər kəs bilsin ki, bu ədalətsizliyin əsas qaynağı hakim yox, hakimiyyətdir!”