ArxivXəbər lentiXəbərlər
Əsgərimiz həlak oldu – FOTO

Müdafiə Nazirliyi məlumat yaydı.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu qeyri-döyüş şəraitində dünyasını dəyişib.
Azərbaycanın Müdafiə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki,
Silahlı Qüvvələrin N saylı hərbi hissəsində avtomat silahla ehtiyatsız davranılması nəticəsində atəş açılıb və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babaşov Nizami Şəmil oğlu vəfat edib.
Qeyri-döyüş şəraitində baş verən hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq, Qafqazinfo saytı yaymışdı.