Ziyafət Əsgərov: Bakıda Türkiyə hərbi bazasının təsisi şaiyədir

Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini Bakıda Türkiyə hərbi bazasının təsisini şayiə adlandırıb.
APA-nın məlumatına görə, Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini və parlamentin müdafiə təhlükəsizliyi və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət ƏsgərovTürkiyə hərbi bazasının Bakıdakı hərbi hava limanınn yaxınlığında təsisi və bu hava limanının Türkiyə silahlı qüvvələri tərəfindən ələ keçirilməsini şayiə adlandırıb.
O, əlavə edib: Türkiyənin ordu qüvvələri yalnız Bakıdakı hərbi hava limanından istifadə icazəsinə malikdirlər ki, hərbi bazanın təsisi mənasına gəlmir, zira Azərbaycan Respublikası hərbçiləri NATO-nun “qətiyyətli himayə” tapşırığı çərçivəsində bu hava limanından Əfqanıstana göndərilirlər.
Qeyd edək ki, bu haldan əlavə, son zamanlar Azərbaycan Respublikası mediaları bildirdilər ki, Türkiyə bu ölkədə hərbi baza təsis edəcək və bu məsələ iki ölkə başçılarınn müzakirələrində nəzərdən keçirilib.
Türkiyənin Azərbaycan Respublikasında hərbi bazası Ermənistan ilə Türkiyə arasında qalan Naxçıvanda yaradılacaqdır.