ArxivXəbər lentiXəbərlər

`Əyyami-Fatimiyyə (s.ə.)` günləri

Artıq əziz Peyğəmbərimizin (s) yeganə yadigarı, qəlbinin reyhanəsi,  ismətli xanımların ülgüsü, məsum İmamlar (ə) anası, möminlər sərvəri Həzrət Əlinin (ə) zövcəsi, cavan ikən ömrünü İslam dininə fəda edən Rəsuləllah (s) qızı, bütün bəşəriyyətə ülgü olan şiələrin anası, iki dünya xanımlar xanımı, həzrət Xanım Fatimeyi Zəhranın (s) şəhid olmasının ildönümü günləri başlayır.

Xanımın (s.ə) şəhadəti ilə bağlı müxtəlif rəvayətlər var. Amma alimlər tərəfindən iki rəvayət mötəbər hesab edilir. Birincisi Peyğəmbərin (s) dünyadan köçməsindən, yəni hicri 11-ci ilin səfər ayının 28-dən 75 gün sonra, yəni cəmadiul-əvvəlin 13-cü günüdür.

İkinci rəvayətə görə isə Peyğəmbərin (s) dünyadan keçməsindən 95 gün sonra, yəni cəmadius-saninin 3-cü günüdür. Ona görə də alimlər bu iki rəvayət arasındakı 20 günü “Əyyami-Fatimiyyə (s.ə.)” adlandırıblar.
Bu münasibətlə www.maide.az saytının əməkdaşları, öndə İmam Zaman (ə.c) olmaqla əziz Əhlibeyt (ə) sevər mömin bacı və qardaşlarımıza baş sağlığı verir, Allahdan bu müsibətli günlərin ehtiramına xatir o həzrətə layiq davamçı olmağımızı arzulayırıq. Allah bizi Peyğəmbərin (s) pak ailəsinə layiqli insalardan qərar versin. Amin!
Xatırladaq ki, bu il Əyyami- Fatimə (s.ə) günləri  22 fevral -13 mart  tarixinə təsadüf edir./


Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button