ArxivIslamXəbər lentiXəbərlər
Əza mərasimi keçirildi (Foto)

Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli Algeti Sovxoz kəndində İmam Rza (ə) adına olan məscid də “Əyyami-Fatimə” (s.ə) günləri münasibətilə əza mərasimi keçirildi.
Məşhədi Seymur Aydınovun aparıcılığı ilə baş tutan mərasim, Məşhədi Kamran Sadiqovun Quran tilavəti ilə açıq elan olundu.
Məscidin Müəllimi Məşhədi Vasif Həsənov öz növbəsində çıxış edərək İslam dininin göstərişlərinə əməl etməyin vacibliyindən danışdı.
Sonra söz Məscidin axundu Məşhədi Ramin Əliyevə verildi, axund Həzrəti Zəhranın (s.ə) fəzilətindən danışaraq O, xanımın məzlumiyyətinə də toxundu.
Mərasimin davamında məscidin tələbələrindən olan Elşad Əmirov Hz.Fatimənin (s.ə) şəninə şeir söylədi və daha sonra Məşhədi Kamran Sadiqov mərsiyyə oxudu.
Sonda mərasim fərəc duası və ehsan süfrəsi ilə yekunlaşdı.