Ayətullah Amili: “Azərbaycanın məsləhəti odur ki, həqiqətləri qəbul etsin, İranın həqiqi simasını öz xalqına göstərsin. Bu proqram çərçivəsində Ali Məqamlı Rəhbərin İlham Əliyevə tövsiyələri izzət, iqtidar, istiqlal və müqavimət rəmzidir”.
Qafqaz Mədəniyyət Mərkəzi – Vəliyyi-Fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsivəƏrdəbilin imam cüməsi həzrət Ayətullah Amili bu həftənin cümə namazı xütbələrində regionda baş verən hadisələrə və sionist rejimin region ölkələrinin dinc münasibətlərini qarışdırmaq istəməsindən söz açıb. O deyib: “Sionist rejim məntəqə xalqları və məzhəblər arasında təfriqə yaratmağa cəhd edir”.
Həzrət Ayətullah Amili deyib: “Bizim qonşu ölkədə bir din alimi “Müsəlman Birliyi Hərəkatı” təşkil etməklə dinc siyasi fəaliyyətlərlə şiə və sünni arasında vəhdət yaratmaq istəyirdi. Lakin, sərt təzyiqlə üzləşdi. Nardaran hadisələri kimi hadisələr, bəhanədən başqa bir şey deyil və bunlar hamısı sionist rejimin sifarişlərini icra etmək proqramı çərçivəsində baş verir”.
İmam cümə ölkədə keçirilmiş seçkilərə də işarə edərək, onu ciddi rəqabət, əsil demokratiya və bütün ölkələr üçün bir örnək adlandırıb. O əlavə edib: “Bizim seçkilərimiz formal xarakter daşımır, yaxud da qabaqcadan hazırlanmış deyil. Onun nəticələrini də qabaqcadan proqnoz vermək olmur. Bütün belə səhnələrdə bizim xalqımızın sözü həlledici və yekun sözdür. Bu da İslam İnqilabının İran xalqına ən böyük töhfəsidir”.
Azərbaycan Respublikasının prezidentinin İran İslam Respublikasına səfərini təhlil edən imam cümə deyib: “Bu səfər Azərbaycanın iqtisadi və siyasi baxımdan ən böhranlı bir durumunda baş tutmuşdur. Azərbaycan başa düşməlidir ki, onun çətin günündə Rusiya, Amerika, İsrail deyil, yalnız İran köməyinə tələsəcək”.
Ayətullah Amili Azərbaycanda ağır iqtisadi və məişət durumuna toxunaraq deyib: “Bu böhranlı vəziyyətdə hər an xoşagəlməz hadisələr yaşana bilər. Təkcə İran azəriləri həmişə Azərbaycan əhalisinin fikirləşir, qayğısını çəkir”.
O çıxışının davamında deyib: “İndi görürük ki, Azərbaycanın televiziya kanalları İranı bərk dəstəkləyir və onu tərif edirlər. Bəzən İran əleyhinə danışmış azəri kanallarının indi İranı dəstəkləyən proqramları xalqı heyrət və sərgərdanlığa düçar etmişdir və əhali İranın həqiqi simasınının hansı olduğunu bilmir”.
Həzrət Ayətullah Amili əlavə edib: “Azərbaycanın məsləhəti odur ki, həqiqətləri qəbul etsin, İranın həqiqi simasını öz xalqına göstərsin. Bu proqram çərçivəsində Ali Məqamlı Rəhbərin İlham Əliyevə tövsiyələri izzət, iqtidar, istiqlal, sabitlik və müqavimət rəmzidir”.