ArxivXəbər lentiXəbərlər
İran Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib

Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının üzvləri Tehranda İran Prezidenti Həsən Ruhani ilə görüşüblər.
Qafqaz.ir-in ISNA agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanla İran arasında müxtəlif sahələrdəki münasibətlər və əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Məlumata görə, İran qazının gələcəkdə Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Avropa bazarına çıxarılması məsələsi də əsas müzakirə mövzularından olub.
Xatırladaq ki, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının üzvləri avqustun 3-4-də İranda səfərdədir, Komissiyanın Azərbaycan tərəfindən həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdir.