Aktual

İ.Əliyevin prezidentliyinin tanınmamasında ABŞ-ın ehtimal olunan məqsədləri

Son iki gün ərzində rəsmi Bakının Rusiyada qətl törətmiş Orxan Zeynalov adlı Azərbaycan Respublikası vətəndaşının ittihamı üzərində Rusiya ilə gərginliyi əhəmiyyətli göstərməyə çalışması, Vaşinqtonun İlham Əliyevin prezidentliyini rəsmən tanımaqdan çəkinməsi ilə bağlı ABŞ-la yaranan gərginlikləri diqqətdən kənarda saxlaya bilməmişdir. Belə görünür ki, Vaşinqton bu qərarı ilə önəmli məqsədlərini izləyir.
Əslində ABŞ İlham Əliyevin prezidentliyinin qanuniliyini sualla altında qoymaqla onun başçılıq etdiyi hökumətin gələn 5 il ərzində ABŞ-ın ciddi tələbləri ilə üzləşdirəcək. Birləşmiş Ştatlar ötən 20 il ərzində Heydər Əliyev və İlham Əliyevin prezidentliyi dövrlərində Azərbaycan Respublikasının neft və qaz strategiyasının təyin olunması barəsində öz tələblərini rəsmi Bakıya asanlıqla qəbul etdirə bilmişdir. Azərbaycan Respublikası rəsmiləri də bu strategiyanın Azərbaycan Respublikasının müstəqilliyinə zəmanət verməsi ilə əsaslandıraraq Amerikanın tələbləri ilə yüz faizlik razılaşmışlar. ABŞ həmçinin Əfqanıstan, İraq və Suriyada yaratdığı önəmli regional böhranlarda Azərbaycan Respublikası hökumətini paya sahib edib və bu ölkənin imkanlarından çoxlu həcmdə sui-istifadə etmişdir. Bu 20 illik dövrdə Azərbaycan Respublikasının xarici siyasəti elə bir istiqamətə sövq edilib ki, praktiki olaraq bu respublikanın xarici siyasəti ABŞ və onun siyasətləri üçün ələ keçirilmiş hökumətə çevrilmişdir. Elə buna görə, ABŞ da bir çox özbaşına hökumətlərlə olduğu əlaqələr kimi Vaşinqtonun insan haqları ilə açıq-aşkar ziddiyyətdə olan Azərbaycan Respublikasının daxili siyasətlərinə göz yumub. Lakin rəsmi Bakını xarici siyasət səhnəsində Amerikanın əsiri kimi hiss edən Vaşinqton hazırda Azərbaycan Respublikasının prezident seçkilərini məsələyə çevirərək bu respublikanı əsirliyə çevirmənin ikinci mərhələsini icra etmək niyyətindədir. Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər əməkdaşlarının ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstarın Azərbaycan prezident seçkilərinin nəticələri ilə bağlı tövsiyə etdiyi nəticələr və faizlər barəsindəki ifşaçılıqları da göstərir ki, Vaşinqton rəsmi Bakı ilə təhlükəli oyuna başlayıb və ötən illər ərzində Azərbaycan Respublikasına hakim siyasətlərdə həyata keçirilən yanlışlıqlara görə arxayındır ki, hər halda rəsmi Bakı bu oyunda zəif mövqedədir. Buna görə, göründüyü kimi Vaşinqton İlham Əliyevin prezidentliyini rəsmən tanımaqdan imtina etməklə gələn aylar və illərdə onu Qarabağ separatçıları və Ermənistanın şərtləri ilə razılaşmaq, islam dünyasının müstəqil ölkələrinə qarşı və həssas Xəzər dənizinin məsələlərində ABŞ-ın regional siyasətləri ilə razılaşdırmaq üçün nəzərdə tutduğu siyasət istiqamətinə daha asanlıqla yönəldəcəyini düşünür.
Siyasi təhlilçilərin qənaətincə, Azərbaycan Respublikasının bu təhlükəli vəziyyətdən xilas yolu hökumətin bu ölkənin müsəlman xalqına söykənməsi və xalqının tələb etdiyi istiqamətdə hərəkət etməsidir. Çünki təcrübə göstərib ki, ABŞ dünyada ən böyük hərbi qüvvəyə malik öz hərbi qüvvəsinə söykənməsinə, eləcə də özünün dəhşətli casusluq, nəzarət və təhlükəsizlik aparatına söykənməsinə baxmayaraq, hətta zahirdə ərazi və əhali baxımından kiçik və sayı az olan ölkələrdə xalq qüvvələri qarşısında acizdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button