1 dəqiqəlik moizə: İmam buyururki, bu işləriniz mənim qeybdə qalmağıma səbəb olub

İslamazeri.az-ın “Din” rubrikasından…
“İmanlı möminlər üçün mehvər Allah, Peyğəmbər, Əhli-Beyt və haqq əhli olmalıdır. Möminlərə lazımdır ki, bütün işlərdə bir-birləri ilə həmahəng olsunlar və təfriqədən çəkinsinlər. Taki, öz ali hədəflərinə çatsınlar. Vəhdət yalnız və yalnız haqq deyənlərin ətrafında yaranmalıdır. Əksi yol verilməzdir. Bütün möminlərin oyanışı üçün müttəqilərin və müvəhhidlərin imamı Həzrət Əlidən (ə) bir mübarək hədisi siz möminlərə təbərrük olaraq diqqətinizə çatdırıram. İnanıram ki, haqq istəyənlər üçün bu hədis kifayət edər. Haqq sevməyənə isə min hədis də desən fayda verməz. Həzrəti Əlidən (ə) vəhdət və təfriqə haqda sual olundu. Ağa buyurdu: “Allaha and olsun ki, vəhdətdən murad, haqq əhli ilə birəşməkdədir. Baxmayaraq ki, onların sayı azdır. Həmçinin təfriqədən də murad, batil əhlinin ətrafında cəm olmaqdır. Baxmayaraq ki, onların sayı çoxdur.” Haqq deyənlərin ətrafında cəm olmaq ağlın və şəriətin hökmü əsasında vacibdir. Bu səbəbdəndir ki, Quran buyurur: “Allahın ipindən cəm olaraq yapışın. İxtilafdan, təfriqədən pəhriz edin.” İmam Mehdi (ruhumuz fəda olsun onun ruhuna) bizim böyüklərimizlə görüşdə deyir ki, sizin əhdə vəfa etməməyiniz (günah etməyiniz) və pərakəndə olmağınız (vəhdətə əməl etməməyiniz) səbəbdir ki, mən qeybdə qalmışam.”
Hacı Abgül Süleymanovun zindandan göndərdiyi məktubdan…