1 dəqiqəlik moizə: Mömin dünyada həm özünə nur verir, həm də başqalarına

“İnsanın hünəri tövhid dəstgahı ilə tanış olmaqdadır. Heç bir şey mərifət qədər dəyərli deyil.
Xilqətin sirri, mərifətdir. Bəzi insanlar özlərindən əlavə başqalarını da tövhidlə tanış etməyi bacarırlar. Belə mömin qiyamətdə həm özünə nur verəcək, həm də başqalarına. Qurani-kərimdə buyurulur: “O gün (qiyamət günü, ya Peyğəmbər!) mömin kişilərin və qadınların nurunun onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını görəcəksən. (Mələklər onlara deyəcəklər: ) “Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!” Bu, böyük qurtuluşdur (uğurdur)!”
Bu ayə möminin əməlinin zühurunu bəyan edir. Mömin dünyada həm özünə nur verir, həm də başqalarına. Həm özü həqiqəti tapır, həm də başqalarının əlindən tutur ki, o da tapsın. Həmin nurdur ki, qiyamətdə də insanın canından zühur edir.”
Ustad Füruği