ArxivIslamXəbər lentiXəbərlər
1 dəqiqəlik moizə:”İstəyirəm deyim ki, mən üsyankar deyiləm”

Mərhum Axund Kaşi barədə deyirlər ki, dəstəmaz aldıqda bütün müstəhəblərə riayət edirdi və dəstəmazı çox uzun çəkirdi. Bir nəfər gəlib tələsik dəstəmaz alaraq gedir. Axund dəstəmazını qurtarınca, o artıq namazını da tamamlayır. O məsciddən çıxanda Axund ona deyir: Bu nə namaz idi? O, deyir: Ağa, biz həqiqi namaz qılmırıq, istəyirik Allaha deyək ki, itaət etməyən və üsyankar deyilik. Axund onun sözündən təəccüb edir və deyir: Bu adam necə də gözəl başa düşüb. Hər namazda istəyirəm Allaha deyəm ki, mən üsyankar deyiləm.
Ustad Furuği