Faktxeber.com-un verdiyi məlumata görə, 2011-ci ildə 11 il 6 ay həbs cəzasına məhkum olunan İslam Partiyasının Astara rayon üzvü Ruhullah Axundzadənin oğlu da həbs olundu.
Bununla bağlı ailəsi məlumat verib. Məhəmmədəli Axundzadə Astara rayon polis əməkdaşları tərəfindən saxlanılıb. Artıq onun barəsində 3 ay qətiimkan tədbiri seçilib.
Məhəmmədəli Axundzadə barəsində Cinayət Məcəlləsinin 134.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə cinayət işi başlanıb.