12-ci prezident seçkilərinin seçkiqabağı təşviqat-təbliğat kampaniyası başlandı

İranın Seçki Qərargahının rəhbəri cümə axşamı gecə 12-ci prezident seçkilərinə namizədlərin adlarının rəsmən elan olunmasından sonra deyib: İranın Seçki Məcəlləsinin 66-cı maddəsinə əsasən, elə indidən 12-ci prezident seçkilərinin seçkiqabağı təbliğat-təşviqat kampaniyasına başlamaq maneəsizdir.
İRİB-in məlumatına görə, Əli Əsğər Əhmədi xatırladıb: İranın Seçki Məcəlləsinin 66-cı maddəsinə əsasən, prezident seçkilərinin namizədlərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində fəaliyyətləri səlahiyyəti təsdiqlənən adların açıqlandığı tarixdən rəsmən başlanır.
İranın Seçki Məcəlləsinin 66-cı maddəsinə əsasən, seçkiqabağı təbliğat-təşviqat kampaniyası 18 may saat 8:00-a qədər davam edəcək.
İranda 12-ci prezident və 5-ci Şəhər və Kənd İslam Şuraları seçkiləri 19 mayda keçiriləcək.