Avstriyanın Tehrandakı səfiri Stefan Şoltez dünən (10 yanvar) müqəddəs Qum şəhərinə gəlib və həzrət Fatimə Məsumənin (ə) hərəmini ziyarət edib.
Səfir həzrət Fatimə Məsumənin (ə) hərəmi ziyarət etməsindən sevinc hissi duyduğunu bildirərək deyib: “Bu mənəvi məkanda insan fərqli hisslər yaşayır. Bu hislər insanda dəyişiklik yarada bilər.”
İranın regionda təsirli rolunu vurğulayan səfir deyib: “İran İslam Respublikası bir çox ölkələri terrorçulardan və təkfirçi qruplardan xilas etmişdir.”