ArxivXəbər lentiXəbərlər

Ərdoğan: “Hər yerdə belə şeylər olur, Səudiyyəni günahlandırmaq düzgün deyil.”

Ərdoğandan Həcc faciəsinə münasibət: “Hər yerdə belə şeylər olur”

“Oda TV” xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkədə baş verən faciəylə əlaqədar açıqlamalar verib. Ərdoğanın “Dünyanın hər yerindəki mərasim və tədbirlərdə də belə şeylər olur”,- şəklindəki sözləri diqqət çəkib. “Son bildiyim rəqəmə görə 753 hacı orada vəfat edib. Bildiyiniz kimi son bir vəziyyət olaraq demirəm, amma 14 dənə də türk hacı olduğu iddia edilir. Çox müxtəlif açıqlamalar verilir. Bu zaiyarəti birlikdə etsinlər kimi. Bunu çox yaxşı görmək lazımdır. Səudiyyə rəhbərliyinin həcc ziyarəti ilə əlaqədar plan qurduqlarını bilirəm. Çatdırılma ilə əlaqədar nə kimi işlər gördüklərini də çox yaxşı bilirəm. Həcc zəvvarlarının tələblərini qarşılaya bilmədikləri üçün kədərləndiklərini də çox yaxşı bilirəm. Oradakı inşaat işlərinin azaldılması lazım idi. Buna da mənfi yanaşmalar oldu. Kimisi rəhbərlik dedi, kimisi ziyarətin təşkilində çətinliklər var dedi. Mən bu yanaşmaları doğru saymıram. Dünyanın hər yerindəki tədbirlərdə də belə şeylər olur. Bunlara baxarkən stəkanın dolu tərəfindən baxmaqda fayda var. Bu mövzuda Səudiyyə Ərəbistanını günahlandırmağı, həqiqətən də düzgün saymıram. Hər ölkənin təbii ki buna bənzər bəzi çatışmazlıqları ola bilər. Mən inanıram ki, inşaat hadisəsindən sonra necə qətiyyətli qərarlar aldısa, bununla əlaqədar da o cür qətiyyətli qərarlar alınacaq. Bu şeytan daşlama, bilirsiniz daralan bir boğaz kimidir, yoldaşlarım da mənə göstərib. Orada bir çaxnaşma olub əlbəttə ki. Asan deyil 4 milyondan çox hacı eyni anda Məkkəyə gedir. Belə bir şeyi ürəyimiz əsla qəbul etməz. Rəbbimiz təkrarından qorusun deyirik. Tədbirlər olacaq, amma burada Səudiyyə Ərəbistanına təcavüzkar rəftarları düzgün hesab etmirəm.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button