Hazırda zindan həyatı yaşayan, qapalı rejimdə həbsdə olan ruhani Abgül Süleymanov yeni məqalə yazıb. AzadXeber.azAbgulsuleymanov.com-a istinadən bu yazını təqdim edir:
İslamın əvvəlinə baxdıqda görürük ki, bu ilahi və səmavi din özünü elan etdiyi gündən bəri daima müşrik və kafirlərin təzyiqləri ilə qarşılaşmışdır. İslamın əvvəlində islamla ən sərt mübarizə aparan bütpərəstlər idisə, bu gün o işi icra edənlər dünyapərəstlərdir. O zaman bəşəriyyət bütpərəstlərin əli ilə zülmətə qərq olmuşdusa, bu gün bu olay dünyapərəstlərin əlləri ilə baş verir. Qurani Kərimin nazil olma səbəblərindən biri insanları zülmətdən çıxarıb nura hidayət etməkdir. Hamı yaxşı bilir ki, Quranın dəvəti elm, paklıq, haqq-ədalət və düz yola dəvət olmuşdur. Lakin dünyapərəst və bütpərəstlərin nəfsi istəkləri səbəb olub ki, bu ilahi dəyərlər cəmiyyətdə genişlənməsin. Hətta baxdıqda görürük ki, külli miqdarda pul sərf edirlər ki, İslam zəifləsin.
İslamın onlara cavabı daima bu olub: “Bilin və agah olun! Dinin sahibi xərclədiyiniz pulları puç edib İslamı qalib edəcəkdir. Sizin xoşunuza gəlsə də, gəlməsə də”.
Dünya bu gün ədalət teşnəsidir, İslam istəyir. Dünya zalım rejimlərin zülmündən artıq bezib. Dünya artıq bilir və dərk edir ki, zalım rejimlər bir şəhərə hakim olduqları zaman birinci işləri fəsad yaratmaqdır. Yəni şərab zavodları, qumarxanalar, gecə klubları, əxlaqsız müğənnilər və s. İkinci işləri o şəhərin hörmətli, sayılıb-seçilən şəxslərini zəlil və şəxsiyyətsiz etməkdir. Bəşər bu gün mənəviyyat axtarır. Maddi həyat sürmək onu yorub. Axtardığını Quranda və peyğəmbərin həyatında tapıb. Quranı niyə yandırırlar? Peyğəmbərin karikaturasını niyə çəkirlər. Çünki bəşər İslama üz tutub. Dünyapərəstlər bunu görüb yandıqlarından peyğəmbərə karikatura çəkib, Qurani Kərimi yandırırlar. Quran onlara deyir, yanın öz qəzəbinizdən. Budur sizə İslamın cavabı. Əziz peyğəmbərimizin besətindən öncə cəmiyyət iki ağır bəlaya və bədbəxtliyə mübtəla olmuşdu. Nadanlıq və azğınlıq. Peyğəmbərimiz onlara kitabı və hikməti təlim verməklə alim, nəfslərini paklamaqla adil etdi. Zalım rejimlər cəmiyyəti özləri kimi zalım və cahil etmək istəyirlər.
Bir gün Pəhləvi şah öz ətrafına gəncləri toplamaq üçün şəhər və rayonlardan cavanların yığılmasını göstəriş verir. Çox sayda cavan şahın sarayına toplaşır. Şah vəzirinə göstəriş verir ki, bir vedrə təşkil et ki, altında deşik olsun. Görüm bu cavanlar mən istəyəndir ya yox? Vəzir şahın əmrini yerinə yetirib deyir vedrə hazırdır. Başqa nə əmrin var. Şah deyir vedrəni bir-bir cavanlara ver quyudan su çəkib hovuza gətirib töksünlər. Gənclər bu işi qaça-qaça, sürətlə icra etməyə başlayırlar. 100 cavanın arasından bir gənc deyir: “Biz bu gedişatla hovuzu nə vaxta doldurub qurtaracağıq?!” Yerdən bir çubuq götürüb vedrənin deşiyini tutur və bu minvalla hovuzu doldurur. Onu görən vəzir deyir: “Ey əlahəzrət, bu gənci işə götür, heç kəsin ağlına gəlmədi, hamısı qoyun kimi vedrəni doldurur, hovuza çatana qədər vedrə boşalırdı”. Şah vəzirə acıqla baxıb deyir: “Onu burdan qovun getsin. Bu indidən bizim deşikli vedrəmizə çubuğ vurursa sabah bizim işlərimizin də dərmə deşiyinə çubuq vuracaq. Onu burdan uzaqlaşdır. Bizə gözüaçıq yox, korlar lazımdı”.
Diktator-dünyəvi hökumətlər bütün gözüaçıq cavanlara bu cür zülm edirlər. Amma peyğəmbərlər belə deyil. Peyğəmbərlər insanların gözlərini açır, sonra özlərinə tabe edirlər. Sevimli peyğəmbərimizin oğlu İbrahim vəfat etdiyi zaman günəş tutuldu. Hamı gəlib dedi: “Ya Rəsulallah, bu hadisə sənin oğlun üçün oldu”. Peyğəmbər onları özünə tabe etmək və özünə tərəf çəkmək istəsəydi deyərdi düz deyirsiniz. Lakin bunu etmədi. Çünki günəşin ayın tutulması, göyü qara buludların alması təbii baş verən hadisədir. Qurandan və peyğəmbərdən faydalanmayan, əməllərini hikmət və ülvi səbəblər üzərində qurmayan şəxs xoşbəxt və müvəffəq ola bilməz. Dünya da, axirət də Allahındır. Axirəti atıb dünyadan yapışanlara Allah lənət etsin. Həmçinin dünyanı atıb, axirəti tutana Allah lənət etsin.
Diktator -dünyəvi hökümətlər cəmiyyəti cəhənnəmə, İslami hökumətlər isə cənnətə aparır. Dünyavilik insanlara müvəqqəti yaşayış, İslam isə əbədi yaşayış bəxş edir. Ağıl sahibləri heç vaxt müvəqqətini əbədiyyatla əvəz edə bilməz. İslamın siyasəti cəmiyyəti cənnətə aparmaqdan başqa bir şey deyil. Həmçinin dünyavilik siyasəti də cəhənnəmə aparmaqdan başqa bir şey deyil.
Dünyavi hökumətlərdə üstünlük təşkil edən dəyərlər, övlad, mal, sərvət, zinət və qüdrət məsələləridir. İslamı hökumətdə isə iman və saleh əməllər cəmiyyətdəki dəyərləri formalaşdırıb təşkil edən əsaslardan hesab olunur. İslam dini meydana gəldiyi zaman cəmiyyətdəki dəyərlər əvəz olunmağa başladı və cahiliyyətdə əhəmiyyət kəsb edən məsələlərin yerini tutdu. Həddən artıq dərəcədə dəyişikliklər həyata keçirildi. Yəni əbu Cəhllər, əbu Sufyanlar, əbu Ləhəblər öz yerlərini Əbazərlərə, Salmanlara və sair dəyərli şəxslərə verdi. İnşAllah gün gələcək bu günümüzün əbu Ləhəbləri, əbu Cəhlləri, əbu Sufyanları öz yerlərini bu günün Əbazərlərinə verib qaçacaq. Bu bir gedişatdır ki, 1979-cu ildən başlayıb. Rza şahlar, Bəxtiyarlar öz yerlərini Xomeynilərə, Xameneilərə verib qaçdılar. Vaxt var idi adlarını çəkdiyim əzizlər şahın zindanında əzab-əziyyət çəkirdilər. Bu gün isə gül-çiçək içindədirlər. 30 ilin hökuməti 300 illik hökumətlərin müqabilində durub.
5 ilə yaxındır ki, Suriyanı dağıtmaq istəyən İsrail, İngiltərə, ABŞ bunu bacarmır. İranın rəsmiləri deyir ki, niyə Bəşər Əsədi devirə bilmədiyinizi bilirsinizmi? Çünki izzətli və qüdrətli İran respublikası bunu istəmir. Allah Təala Quranda, Tövratda, Zəburda vədə veribdir. Biz yer üzünü zalımlardan alıb müstəzəflərə verəcəyik. Bu mübarək ayə artıq reallaşır. İran İslam Respublikası buna bir nümunə və başlanğıcdır. Mən bütün islamçıları müqavimətə, müqavimətçi olmağa çağırıram. Gəlin dünya zalımlarına sözümüzü deyib, hərəkətimizi edək. Necə ki, bu yaxınlarda Seyid Əli Xamenei dedi: “İsrail 25 ildən sonra yer üzündə olmayacaq. Bu söz bir şairin sözü deyil, deyəsən ki, mübaliğə edir. Bu sözü bəsirət sahibi olan biri siyasi gedişata əsasən deyir. Biz bu sözü ciddi qəbul edirik və bu söz öz yerini tutana qədər müqavimətdən əl götürən deyilik! (inşallah) Nəsru minəllah və fəthun qərib. Allahın köməyi ilə qələbə yaxındadır.
Pərvərdigara, İmam Mehdinin (ə.f) zühurunu təcil et!
Pərvərdigara, Quranı yer üzünə hakim et! Pərvərdigara, İslam düşmənlərini dünyada zəlil, axirətdə əzabların şiddətli et!
Pərvərdigara, xalis İslamı günbəgün izzətli və qüdrətli et!
Vəssəlamu əleykum əla ibadiəs salihin.
Abgül Süleymanov, 8 saylı CÇM”