AktualAktualArxivXəbər lentiXəbərlər

19 Yanvar mərasimində: Qafqazın, İranın Azərbaycan regionu ilə dərin dini və ictimai bağlılıqları vardır-Foto

Səhər Beynəlxalq Televiziya Kanalının Azəri bölməsinin rəhbəri: “Azərbaycanda son illər baş vermiş hadisələr göstərir ki, düşmənlər Qafqaz regionunun İranla vəhdətəlifbası prosedurunu dəyişməyə cəhd göstərir”.

Qafqaz Mədəniyyət Mərkəzi – Səhər Beynəlxalq Televiziya Kanalının Azəri bölməsinin rəhbəri Abdullah Bəhrulülumi “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə Ərdəbilin Xətai Qalereyasında keçirilən mərasimdə deyib: “Qafqaz regionunun İranın Azərbaycan regionu ilə dərin dini və ictimai bağlılıqları vardır”.

O, heç bir düşmən və məkirli siyasətin bu möhkəm bağlılığıinkar etməyə qadir olmadığını bildirərək deyib: “Türkmənçay və Gülüstan müqavilələrinin bağlanmasından sonra Azərbaycan əhalisinin başına müxtəlif siyasi oyunlar açdılar və bu nəticəyə gəldilər ki, Azərbaycanın qeyrətli millətinin müqavimətini sındırmaq olmaz”.

Bəhrulülumi Azərbaycan şairlərinin Qarabağ və İrandan ayrılması barədəki şerlərinə işarə edərək deyib: “Bu ərazinin İrandan ayrılmasının və Rusiya çarlığı hökumətinin tərkibinə düşməsinin üzərindən uzun müddət ötməsinə baxmayaraq, hələ də Qarabağ əhalisi bir gün İrannın ağuşuna qayıdacağına ümid edir və heç bir siyasi əlifba bu mühüm məsələni dəyişə bilməz”.

O əlavə edib: “Azərilərin qeyrəti bütün dünya sərhədlərini qırıb və hamı Əba Əbdillah Hüseynin (ə) bayrağı altında toplanıb. Nardaran qəsəbəsində baş verən son hadisələr və Məhərrəm ayında şiələrin öldürülməsi bu vəhdəti qırmaq üçün idi. Əlbəttə, heç vaxt öz şeytanı və alçaq arzularına çata bilməyəcəklər”.

Səhər kanalının azəri bölməsinin rəhbəri Azərbaycanı, İran İslam Respublikası olmadan təsəvvür etməyin qeyri-mümkün olduğunu qeyd edərək deyib: “Bugünkü nəsil Azərbaycanda etibarlı qaynaqlar əldə edə bilmirlər və düşmən özü yaratdığı bu fürsətdən sui-istifadə edir, qərb mədəniyyətini gənclərin zehnində yerləşdirmək istəyir”.

Bəhrulülumi çıxışının sonunda İslam dünyasının vəhdətini zəruri olduğunu vurğulayaraq artırıb: “19 Yanvar, İslam, İran və Azərbaycan tarixində dönüş nöqtəsi olaraq həmişəlik tarixdə qalacaq və bu gün azərilərin kimliyi üçün tam əyarlı bir güzgüdür”.

11 12 13 IMG13170728 IMG14085901 10 9 7 5 8 4 3 2 1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button