“İranla imzalanmış memorandum Ermənistanın manevrlərini tam əhəmiyyətsiz edir”

Ramil Usubov qeyd edib ki, növbəti mərhələ Zəngəzur dəhlizinin açılmasıdır ki, artıq İrəvan burada maneə yaratmaq imkanlarını itirir: “Bu prosesdə Azərbaycan prezidentinin təşəbbüsü ilə İranla imzalanan anlaşma memorandumu əsasında, İran-Ermənistan sərhədindən 5 kilometr cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən yeni nəqliyyat qovşağı çəkiləcək. Dəmiryol xəttindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq yeni nəqliyyat arteriyası Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın manevrlərini tam əhəmiyyətsiz edir.”
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti belə düşünür ki, yeni nəqliyyat qovşağı məsələsində guya üstün mövqedədir və şərtləri o diktə etməlidir. Ancaq prezident Əliyev cəmi 5 kilometr coğrafi fərqlə bu nəqliyyat qovşağının istifadəyə veriləcəyini bəyan etdi və Ermənistan növbəti dəfə hesablarında yanıldı.