Arxiv

20 Yanvar faciəsi İslami İrana tərəf üz çevirən xalqdan kommunizmin intiqamı idi

1232449928_200701191

Bu günlərdə Suriyanın məzlum xalqının sionist rejim qarşısında müqavimətin ön cəbhəsində durduğuna görə, islam və insanlığını hazırkı düşmənlərinin kin-küdurətinə tuş gəldiyi kimi, iki dekada öncə 1990-cı il 20 yanvarda Azərbaycan Respublikası müsəlman xalqı da öz əsilliyi, insanlığı və islamlığına doğru üç çevirdiyinə görə ateist kommunist rejiminin kin-küdurətinə tuş gəldi.

Ateist kommunist rejimi buna görə qəzəblənmişdi ki, Azərbaycan Respublikasının müsəlman xalqı SSRİ-nin polad sərhədlərini qıraraq özünü İslami İrana çatdırdı və İmam Xomeyni (rə) və Həzrət Ayətullahülüzma Xameneinin şəkillərini əllərində tutaraq bu müraciətə sevinc göz yaşı axıtdı və kommunizmin zülmünə son qoymaq istədiyini nümayiş etdirdi.
Kommunist ateistlərin qəzəbi o zaman kulminasiya nöqtəsinə çatdı ki, Azərbaycan Respublikası müsəlman xalqı öz tarixi vətəni yəni İranla olan süni sərhəddə quraşdırılmış tikanlı məftilləri heç bir qorxu olmadan qırmışdı. Bu isə Azərbaycan Respublikası xalqının azadlığının simvolu hesab olunurdu.
Bu hadisədən təxminən 2 il öncə İmam Xomeyni (rə) SSRİ-nin son rəhbəri Mixail Qorbaçova ünvanladığı məktubda kommunist quruluşun sümüklərinin sınması səsinin açıq-aşkar eşidildiyini bildirmiş və Qorbaçov və SSRİ quruluşunu xilas və nicat üçün insanı təkamülə çatdıran islam dininə sığınmağa və qərb imperializminə sığınmaqdan çəkinməyə dəvət etmişdi.
SSRİ-nin ömrünün sonlarında xalq qiyamlarının rəhbərlərindən olan Azərbaycan Respublikasının müsəlman xalqı digər xalqlardan daha ciddi və qətiyyətli idi. Elə buna görə SSRİ rejimi Azərbaycan Respublikası xalqının İranla sərhədə doğru tarixi hərəkətinə təfavütsüz qala bilməzdi. Ateist SSRİ rejimi Azərbaycan Respublikası müsəlman xalqının haqq tələbini dinləmək əvəzinə bu xalqa ittiham vurmaq və ondan intiqam almağa başladı. Əslində azad insanlara ittiham vurmaq və onlardan intiqam almaq özünü mütləq qüdrət hesab edən qüvvələrin əsas prinsipidir. Lakin əslində bu qüvvələr özlərinin məhvə doğru getdiklərindən xəbərsizdirlər. Allaha qaşrı olan kommunistlər “qızıl ordu”nu Bakıya doğru ezam etdikləri zaman Azərbaycan Respublikası xalqının nahaq tökülən qanı və bu xalqın tapdalanan haqqı tezliklə kommunist rejiminin məhvinə səbəb olacağından qafil idilər. Beləliklə, çox keçmədən 20 Yanvar faciəsindən sarsılan xalq kommunist rejiminin süqutunu bayram etdi. Baxmayaraq ki, Azərbaycan Respublikası xalqına olunan tarixi zülm hələ də davam edir.

—————————————————
Bir qalanın sirri kimi Sirli oldu qanlı gecə.
“Humanist” “Qızıl ordu”nu Ürəklərdən sildi necə…
Quduz canavarlar kimi Qıcıdaraq dişlərini,
Yeridi şəhər üstünə, Yeridi insan üstünə.
Silahları sağa-sola, Yerə-göyə fırlatdılar.
Qarşısına çıxanlara – Qoca, cavan, körpə uşaq,
Canlı-cansız demədilər, Gördüklərin məhv etdilər,
Ərşə qalxdı nalə səsi, Ana!” səsi, “Kömək!” səsi…
“Bala!” – deyib ayaqyalın Küçələrə qaçana bax!
“Bakı yanır!” harayıyla Tez özünü yola atan
Ataya bax, oğula bax. Vətən, gəldim!” harayıyla
Evdən çıxan o ərə bax! Arxasınca nalə çəkən,
Həyatını məhv eyləyən Sədaqətli gəlinə bax!
“Aman Allah!” deyə-deyə Küçələrdə qaçana bax!
Arxasınca açılacaq “Alabəzək“ güllələrdən
Xəbərdardır bu qaçanlar, “Ordumuzu”, vəhşiliyi
Görüb qaçdı, bu qaçanlar, Hər tərəfdən güllələrlə
Qarşılaşdı bu qaçanlar. Küçələrdə izi qaldı,
Səkilərdə izi qaldı, Ürəklərdə közü qaldı qaçanların.
Neçə-neçə oğlu qaldı, Neçə-neçə qızı qaldı
Əliyalın qaçanların. Adı Azərbaycan ilə
Birgə qaldı qaçanların. Eyvanlarda duranlara,
Evlərində gəzənlərə, Güllə atan tanklara bax,
Yolda durub sinəsini Quduzların tanklarına
Sipər edən igidlərə, ərlərə bax! Yaxşı baxın, bir də baxın!
Xırçım-xırçım xırçımladı, Sızım-sızım sızıldadı,
Gizil-gizil gizildədi, Tırtılların arasında
İgidimin sümükləri. Axdı isti qızıl qanı
Soyuq asfalt üzərinə. O, məhv oldu, həlak oldu
Deməyin siz bu igidə. Bir göyərçin olub uçdu
Azərbaycan göylərinə. Bir idisə, min-min olub
Girdi yanar ürəklərə. Şəhid kimi, qardaş kimi,
Sirdaş kimi, oğul kimi Yaşayacaq böyüklərin,
Kiçiklərin dillərində. Yetişəcək, böyüyəcək
Anaların o bətnində. Doğulacaq igidlərim.
Bir körpənin qədəmində, Bir göyərçin uçuşunda,
Qərənfilin ləçəyində Yaşayacaq igidlərim,
Şəhidlərim, şəhidlərim!

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button