20 Yanvar faciəsindən 26 il ötür

Bu gün Azərbaycan tarixinin ən qanlı, amma şərəfli səhifəsi olan 20 Yanvar hadisələrinin növbəti ilini yaşayacaq.
İllər keçsə də, yanvarın 19-dan 20-nə keçən gecə yaşadıqlarımız dünən kimi yadımızdadır. Azərbaycan həmin gecə azad sabaha hazırlaşırdı. 20 Yanvar müstəqilliyə cığır açan yol oldu.
1990-cı il yanvar ayının ortalarından Bakının Azadlıq meydanında, Mərkəzi Komitənin, Ali Sovetin binaları qarşısında izdihamlı mitinqlər keçirilirdi.
Əsas tələb Ermənistanın iddialarından əl çəkməsi idi. Bu iddialar isə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistan SSRİ-nin tərkibinə qatılması idi.
Hələ 80-ci illərdən ermənilərin xaricdəki diasporaları vasitəsilə də təbliğat maşını işə düşmüşdü. Ermənistanda Dağlıq Qarabağ tələbi ilə mitinqlər keçirilirdi. Qorbaçovun tutduğu mövqe də ermənilərdən yana idi.
Vəziyyətdən istifadə edən ermənilər Bakıda təxribatlar törədir, Sumqayıt hadisələri baş vermişdir. Bakıda çoxminlik mitinqlər SSRİ-ni silkələyir.
Vəzirova istefa tələbləri səslənir. Qorbaçovun nümayəndəsi Primakov, Qrienko dövlət televiziyasında çıxış edərək Bakıya qoşun yeridilməyəcəyini demişdilər. Lakin əmr imzalanmışdı.
Sonradan yayılmış stenoqramdan məlum olur ki, Bakıya qoşun yeridilməsi barədə əmr var, məlumatı xalq bilməməlidir. Xalq isə məlumatı ancaq televiziyadan alırdı. Odur ki, rabitə ləğv olunmalıdır.
1990-cı ildə dövlət televiziyasının baş rejissoru olmuş Vasif Babayevin təbiri ilə desək yanvar faciəsi televiziyadan başlandı.
Yanvarın 19-u axşam saatlarında dövlət televiziyasının həyətində həmişəki rus əsgərləri yox, xüsusi “Alfa” qrupu görünməyə başlayır.
Şahidlərin yaşlı, əli qısa avtomatlı kimi xarakterizə etdiyi həmin desantlar mühəndislər İbrahim Hüseynov və Viktor Romanovu sorğu-sual edirlər. Ötürücülərin yerini öyrənirlər, gərginlik kəsildikdən hansı vasitə ilə onu yenidən bərpa edilməsi, ehtiyat vasitələrlə maraqlanırlar.
1990-cı ildə AzTV-nin mühəndisi İbrahim Hüseynov: “Telefonla zəng edəndə avtomatın qundağı ilə telefonun dəstəyini vurdu, nəticədə telefonun dəstəyi yerə düşdü, sonra əli ilə “adboy” verib dedi ki, heç yerə zəng etmə”.
Viktor da faktı təsdiqləyir ki, onların əlləridə iki iri torba olub. Sonradan bilinib ki, bu partlayıcı qurğular idi. Hər iki mühəndis qəfldən yoxa çıxarılır. Saaat 19:27-də dövlət televiziyasının enerji bloku partladılır.
1990-cı ildə AzTV-nin mühəndisi İbrahim Hüseynov: “Birdən böyük bir titrəyiş, partlayış oldu, Viktora dedim ki, oranı partlatdılar”.
Bu adamları sonrada DTK saxlayır, bir neçə ilə sora Viktor Ramanov evində asılmış vəziyyətədə tapılır, İbrahimdən xəbər çıxmır.
Beləliklə Sovet rəhbərliyi enerji blokunu partlatmaqla istəyinə nail olur.
Təxminən 4 saat sonra Sovet ordusu Azərbaycana yeridilərək qırğınlar törədir.
Əhalinin nifrətini Bakıya girmiş Sovet Ordusunun baş senzoru, general-leytenant Ovçinnikovla Xalq şairi Bəxtiyar Bahabzadənin dialoqundan duymaq olar.
Xalq şairi “Okuppantı” deyib, onun üstünə tüpürmüşdü. Xalqın şairi televiziya işçilərinin müdaxiləsi ilə öldürülməkdən xilas oldu. Xalqın isə başına oyunlar gətirildi./ans/