ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
ABŞ yenə Qubad İbadoğlunun dərhal azad edilməsinə çağırış etdi

ABŞ oktyabrın 31-də növbəti dəfə Azərbaycan hökumətini Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb.
“Turan” yazır ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat brifinqində deyib:
“Biz Qubad İbadoğlunun həbsindan narahatıq və onun səhhətinin pisləşməkdə davam etdiyi barədə xəbərlər bizi məyus edir. Bir neçə dəfə Azərbaycan hökumətini onu dərhal azad etməyə çağırmışıq. Yenə Azərbaycanı öz Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq hamının hüquqlarını və əsas azadlıqlarını qorumağa dəvət edirik”, – o bildirib.
