ArxivXəbər lentiXəbərlər

Abdulla Güldən İranın Qərblə anlaşmasına reaksiya

İranla “altılıq” ölkələri arasında (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü+Almaniya) əldə Tehranın nüvə proqramına dair əldə etdiyi tarixi razılaşma dünya siyasi kuluarlarının əsas mövzularından biridir.
İranla Qərb arasında əldə edilən mühüm razılaşmaya Türkiyənin baş naziri Əhməd Davudoğlu münasibət bildirib.  Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş nazir 5 il bundan öncə anlaşmanın baş tutmayacağı ehtimallarının güclü olduğu vaxtlarda belə, Ankara diplomatik səylər göstərdiyini vurğulayıb.
Onun bildirdiyinə görə Türkiyə həmişə danışıqları dəstəkləyib və nüvə silahının əldə olunmasına qarşı çıxıb.
Bu arada Türkiyənin 11-ci prezidenti Abdullah Gül də İranla “altılıq” ölkələri arasında yekun sazişin imzalanmasını şərh edib.  Sabiq prezident deyib ki, bu diplomatik qələbə regiondakı digər problemlərin həlli üçün nümunə sayıla bilər:
“Həmçinin düşünürəm ki, həmin problemlərin həllini asanlaşdırar”,-deyə o əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button