Xəbərlər

Ermənistan Milli Məclisi sədrinin müavini : Türkiyə sübuta yetirməlidir

Ermənistan Milli Məclisi sədrinin müavini Eduard Şarmazanov Aravut qəzeti ilə müsahibədə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana səfərinə diqqət yetirərək deyib: Əgər Türkiyənin siyasəti puç deyilsə, bu gün sübuta yetirməlidir ki, həqiqi məqsədlər üçün İrəvana gəlir.

Türkiyə rəsmiləri son vaxtlar Qafqazda sülhün yaradılması üçün hər bir addımı atmağa hazır olduqlarını bildiriblər.
Bu açıqlamaları nəzərə alan Şarmazanov deyib: Türkiyə təkcə hər şey üçün deyil, beynəlxalq ictimaiyyətin ondan gözlədiyi hər bir şey üçün hazır olmalıdır və beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya, ABŞ, Fransa və ilkin şərt olmadan əlaqələrin normallaşdırılması iclaslarının yekun qərarının imzalanmasındakı vasitəçi olan bütün qüdrətlərin nümayəndələri Türkiyənin siyasi iradə nümayiş etdirməsini və öz meydanında olan topdan istifadə etməsini gözləyirlər.
Şarmazanovun fikrincə, Türkiyə ilkin şərt olmadan Ermənistanla münasibətlərini normallaşdırmalı, mühasirəyə son qoymalıdır. Ankara öz siyasətinə son qoymalı və 301-ci maddəni ləğv etməlidir. Cənab Davudoğlu sabah ermənilərin soyqırımı abidəsinə baxış keçirmək və öz xalqı tərəfindən soyqırımına görə üzr istəmək üçün yaxşı fürsətə malikdir.
Şarmazanovun fikrincə sülhü əldə etmək üçün, Türkiyə kiçik qardaşı Azərbaycana qəbul etdirməlidir ki, güc tətbiq etmək vasitəsi qəbul ediləsi deyildir və Artsax əhalisinin muxtariyyətini qəbul etməlidirlər.
Şarmazanov həmçinin bildirib ki, Davudoğlu yaxşı bilir ki, əlaqələrin normallaşdırılması və sərhədin açılmasını Qarabağın muxtariyyəti məsələsi ilə əlaqəli hesab etmək olmaz. Çünki bu məsələlər tamamilə fərqli məsələlərdir.
Türkiyənin “Xəbər7” saytının məlumatına görə, Davudoğlu və Con Kerri ötən gün telefon söhbəti edib və çoxlu məsələlər, o cümlədən Cənubi Qafqaz məsələlərini araşdırıblar.
Ankaranın yüksək səviyyəli rəsmiləri Əhməd Davudoğlunun Ermənistan səfərindən gözləntiləri yoxdur. Lakin xatırladırlar ki, bu səfər gələcəkdə münasibətlərin tənzimlənməsinə imkan yaradacaqdır.
Bildirilir ki, hətta əgər Davudoğlunun səfəri müəyyən nəticəni əldə etməsə belə, önəmli səfər olacaqdır. Çünki 4 il öncə əlaqələrin normallaşdırılması istiqamətində müzakirələrin uğursuzluğa uğramasından sonra bu ilk səfərdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button