Gürcüstanda prezident seçkilərinin ikinci turunun tarixi açıqlanıb.
ölkənin Mərkəzi Seçki Komissiyasının qərarına əsasən seçkilər noyabrın 28-də keçiriləcək.
Qeyd edək ki, seçkilərin birinci turunda iqtidarın dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 38,64 faiz, müxalifət nümayəndəsi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb.