ArxivXəbər lentiXəbərlər

Türkiyədə 171 azərbaycanlı məhkum var

Türkiyə həbsxanalarında olan azərbaycanlıların sayı açıqlanıb.
qafqaz.ir-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin verdiyi xəbərdə deyilir ki, ümumilikdə 3 milyon 500 min nəfər əcnəbinin yaşadığı Türkiyədə 120 ölkədən olan 7 min 897 əcnəbi məhkum var. Onlardan 171 nəfəri azərbaycanlıdır.
Nazirliyin xəbərinə görə, həbsxanalarda olan əcnəbilərin 40 faizini suriyalılar təşkil edir. Onların sayı 3102-dir.
Nazirlik həbslərin əsas səbəblərini də açıqlayıb. Bunlar əsasən narkotik maddələrin qanunsuz dövriyyəsi, terror və oğurluqdur. Adam öldürmə, yaralama, qəsb etmə, yağmalama, cinsi istismarla bağlı cəzalar da bu sıradandır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button