Dindar Kənan Yusifzadə işgəncəyə məruz qalıb

Azərbaycanda hakimiyyətin «dindar ovu» şousu davam edir.
Qafqaz Həqiqətləri xəbər verir ki, möminlərin Mustafa kimi tanıdığı Kənan Yusifzadə 8 aprel tarixində oğurlanıb. Daha sonra bəlli olub ki, ona «bandotdel» kimi tanınan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə verib CM-nin 234.4.3 maddəsi ilə ittiham edilməsi barədə sənədə (külli miqdarda narkotikin istehsalçısı) imza atdırıblar.
Qeyd edək ki, Azərbaycanda artıq 5 aya yaxındır ki, günahsız insanları məhz dindar şiə oduğu üçün oğurlayıb, işgəncə ilə hazır sənədə imza atdırıb, narkotiklə şərləyirlər. Oyunun nə zaman bitəcəyi sual altındadır. Politoloqlar isə bu oyunun gərginləşməkdə olan İran Azərbaycan münasibətlərindən aslı olduğunu iddia edirlər.