ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

21 yaşlı müharibə iştirakçısının intihar etdiyi bildirilir

Ayxan Şıxəliyevin həyatını xilas etmək mümkün olmayıb

 

İkinci Qarabağ müharibəsində iştirak etmiş daha bir şəxsin intihar etdiyi bildirilir. Hadisə avqustun 15-də Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verib.
Yaxıınlarının Meydan TV-yə verdiyi məlumata görə, 21 yaşlı Ayxan Anar oğlu Şıxəliyev yaşadığı evin həyətində özünü yandırıb. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Meydan TV-nin əldə etdiyi məlumata görə, Ayxan Şirəliyev avqustun 17-də gecə saat 23.30 radələrində Yanıq Mərkəzində ölüb:
“Hadisə zamanı Ayxan Şirəliyevin bədəninin 70-80 faizi yanmışdı, vəziyyəti çox ağır idi”.
Qazinin kredit borcunu ödəyə bilmədiyi deyilir.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı açıqlama yaymayıblar.
Avqustun 12-də Qarabağ qazisi, 35 yaşlı Rafiq Babaşov da Hərbi Prokurorluğun qarşısında özünü yandırıb. Hazırda Yanıq Mərkəzində onun müalicəsinin davam etdiyi, vəziyyətinin hələ də ağır olduğu bildirilir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button