İranın Bakıdakı səfirliyi 8 noyabr Zəfər günü münasibəti ilə Azərbaycan xalqı və dövlətini təbrik edib.
Qafqaz.ir xəbər verir ki, İran Səfirliyi bu barədə tvitter səhifəsində paylaşım edib.
Təbrik paylaşımında deyilir:
“Zəfər günü və İslam dünyası torpaqlarının bir hissəsi olan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsi münasibətilə Azərbaycan Respublikası dövlətini və xalqını təbrik edirik. Şəhidlərin ruhu şad olsun.”