ArxivXəbər lentiXəbərlər
Erməni əsgər Qarabağda göldə batıb

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni hərbçi ölüb. FaktXəbər bildirir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 5 avqust 17:30 radələrində 36 yaşlı Armen Ovakimyan göldə boğulub.
Hadisənin səbəblərinin araşdırılması üçün təhqiqat aparılır.