3 gün əvvəl saxlanılan inanclılar Fəqan Məmmədov, Arif Orucov və Ümid Zalovdan xəbər var
Rakurs.tv xəbər verir ki, saxlanılanlardan Ümid Zalov 3 gündən sonra sərbəst buraxılıb.
Lakin saxlanılan digər iki nəfər Fəqan Məmmədov və Arif orucovun həbs edildikləri bildirilir.
Rəsmi orqanlar fakta hələ ki münasibət bildirmirlər.
Xatırladaq ki, Ümid Zalovun qardaşı Cəfər Zalov iki həftə əvvəl “Gəncə hadisələri”nə görə məhkəmənin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.