5 yaşlı doğma qızına təcavüz edən Ali Səud təbliğatçısı “8” il həbs edildi

Mühakimə zamanı hakim son olaraq, Fəyhan əl-Ğamidi 5 yaşlı qızuşağına etdiyi təcavüzə, verdiyi işgəncələrə və qətlə yetirməsinə görə, 270 min dollar həcmində diyə (cərimə) ödəməyə, 800 şallaq zərbəsi almağa və 8 il azadlıqdan məhrum olmağa məhkum edib.
Səudiyə Ərəbistanında növbəti tükürpədici hadisə baş verib. Bu dəfə də hadisə məhz Səud rejiminin klanı tərəfindən törədilib…
Belə ki, Səudi Ərəbistanın tanınmış təbliğatçısı, Ərəbistan televiziya verlişlərinə mütamadi olaraq dəvət olunan Fəyhan əl-Ğamid 5 yaşlı doğma qızı olan Ləmaya müxtəlif fiziki işkəncələr verərək ona təcavüz etməklə həyatına son qoyub.
Bu cinayət hadisəsindən sonra, məqtulun anası məhkəməyə şikayət edərək əri Fəyhanın mühakimə olunmasını tələb edib. Mühakimə zamanı hakim son olaraq, Fəyhan əl-Ğamidi 5 yaşlı qızuşağına etdiyi təcavüzə, verdiyi işgəncələrə və qətlə yetirməsinə görə, 270 min dollar həcmində diyə (cərimə) ödəməyə, 800 şallaq zərbəsi almağa və 8 il azadlıqdan məhrum olmağa məhkum edib.
Məqtulun anasının vəkili bu haqda açıqlama verrək bildirib: “Hakim, əl-Ğamidinin ikinci həyat yoldaşını da, cinayət aktının törədilməsində köməkçi kimi təqsirli bilərək, 10 ay azadlıqdan məhrum edərək, 150 şallq cəzasına məhkum edib”.
Qeyd edək ki, məqtul Ləma 25 Dekabr, 2011-ci ildə, bədənində müxtəlif yaralar mövcud olmaqla xəstəxanaya gətizdirlib. Bir neçə ay keçdikdən sonra isə uşaq xəstəxanada keçinərək dünyasını dəyişib. Xəstəxananın İctimai İşlər üzrə şöbəsinin işçisi Rənda əl-Kuleyb təkidlə bildirib ki, körpə uşaq müxtəlif cinsi təcavüzlərə məruz qalıbmış.
abna