Rusiya dağılma yolunda? – Təhlil

«Bu əsrin əhəmiyyətli hissəsi Rusiyanın çöküşü və bu prosesin səbəb olduğu qlobal qeyri-stabilliklə yadda qalacaq»
ABŞ-ın “USA Today” nəşri Rusiyanın yaxın gələcəkdə üzləşə biləcəyi problemlərdən bəhs edən məqalə dərc edib. “Yeni Şərq”-in Azadlıq qəzetinə istinadən verdiyi xəbərə görə “USA Today” yazdır ki, ilk baxışdan Rusiya əminliklə irəli addımlayan ölkəyə oxşayır. Ötən həftə Rusiya prezidenti Vladimir Putin ABŞ-ı özünün Suriyanın kimyəvi silahına dair planını qəbul etməyə məcbur etdi. Putinin Rusiyanın Irana və onun nüvə proqramına təsirini artırmağa hazırlaşdığını təsdiq edən faktlar da mövcuddur. ABŞ administrasiyası isə dəfələrlə çalışsa da bu nüvə proqramını dayandıra bilməyib. Ancaq bu görüntü altında artan zəiflik gizlənir. Bu da ABŞ-ın maraqlarına Rusiyanın indiki hər hansı xoşagəlməz hərəkətindən daha çox ziyan vura bilər. Rusiya sürətlə böyük transformasiyaya doğru hərəkət edir, bu da Sovet Ittifaqının 20 il əvvəlki çöküşü qədər miqyaslı olmağı vəd edir. Nəticə ölkənin adət etdiyimiz mövcudluğuna son qoya bilər.
Müsəlman vətəndaş müharibəsi
Rusiyanın slavyan əhalisi sürətlə azalır. Buna səbəb narkomaniya, alkoqolizm və aşağı doğum səviyyəsidir. Əsrin ortasına Rusiya əhalisi indiki 143 milyondan 25% azala bilər. Özünün qlobal statusunun qayğısına qalan Kreml bir neçə simvolik jestdən və dövlət müavinətlərin artırılmasından başqa bu tendensiyanı dəyişmək üçün heç nə etməyib. Ancaq Rusiyanın demoqrafik problemi ilk baxışdan göründüyündən daha ciddi ola bilər. Ölkədə müsəlmanların vəziyyəti nisbətən yaxşıdır. 2020-ci ilə ölkənin müsəlman azlığı ümumi əhalinin 20%-ni təşkil edə bilər. Həm rəsmi, həm də qeyri-rəsmi hərtərəfli ayrı-seçkilik müsləmanları uzaqlaşdırıb və onlar üçün radikal islamın cazibəsinə yol açıb. Nəticədə etirazlar Rusiyanın Şimali Qafqazından ölkənin ürəyinə qədər yayılır. Oxşar çətinlikləri Rusiya 4 milyon kvadrat mildən artıq əraziləri tutan Sibir və Uzaq Şərqdə də görür. Bu regionun əhalisi 26 milyondan azdır, yəni hər kvadrat milə təxminən 6 adam düşür. Bu ərazidə əhali azalmaqdadır. Rusiyalılar isti və varlı ərazilərə can atdığı bir dövrdə Sibir və Yaxın Şərqin geriliyi artır. Bu tənəzzül Rusiyanın iqtisadi rifahına dağıdıcı təsir edir, çünki məhz Uzaq Şərqdə toxunulmamış zəngin karbohidrogen ehtiyatları var. Rusiya Uzaq Şərqdən uzaqlaşdıqca onun əvəzinə regiona artan və enerjiyə ac olan Çin gəlir. Moskva və Pekin əsrlər boyu Uzaq Şərqə nəzarət uğrunda mübarizə aparıb, iki ölkə arasında sərhədlərin demarkasiyası isə cəmi bir neçə il bundan əvvəl baş tutub. Ancaq bu razılaşma müvəqqəti xarakter daşıyır (onun müddəti 2021-ci ildə başa çatır). Əlverişli demoqrafik trendləri nəzərə alan Çin Rusiyanın geriləməsini və özünün irəliləməsini artırmağa çalışır. Ancaq bunu leqal və qeyri-leqal mühacirətin, həmçinin öz miqyasına görə Kremlin investisiyalarını xeyli üstələyən uzunmüddətli investisiyaların köməkliyi ilə edilir. Nəticədə Uzaq Şərqin gələcəyi hələ qeyri-müəyyəndir, ortada isə dünya enerci bazarında böyük oyuncu və nəhəng dövlət rolunda Rusiyanın mövqeyi dayanıb.
Artan dava meyli
Bu tendensiya artıq Rusiyanın siyasi kursuna amansız təsir göstərir. Bu onun “postsovet məkanında” qonşu ölkələrə aqressiv, neoimperialist yanaşmasını gücləndirir. Kreml bu ölkələrin siyasi suverenliyini qəbul etmir və daim bu suverenliyi sarsıtmağa çalışır. Bu tendensiya həmçinin Rusiya dövləti ilə daha da radikallaşan müsəlman təqəbəsi arasında genişlənən vətəndaş müharibəsi üçün şərait yaradır. Çinin dominantlığının getdikcə qaçılmaz olduğu Rusiyanın şərqində bu trendlər artan rəqabət üçün şərait yaradır. Hətta bu Moskva ilə Pekin arasında birbaşa konfliktə də imkan yarada bilər. Bütün bunlar öz növbəsində gələcəkdə ABŞ və Qərb üçün yeni ciddi təhlükə yarada bilər. Ötən əsrin böyük hissəsi Rusiyanın yüksəlişi ilə yadda qaldı (Sovet Ittifaqı formasında). Bu əsrin əhəmiyyətli hissəsi onun çöküşü və bu prosesin səbəb olduğu qlobal qeyri-stabilliklə yadda qalacaq.
yenisharq