ArxivXəbər lentiXəbərlər
Nərmin Şahmarzadə Şəhid Mübariz İbrahimovun ailəsindən üzr istədi – VİDEO

bir neçə gün öncə psixoloq Nərmin Şahmarzadə Milli qəhramanımız şəhid Mübariz İbrahimov haqqında xoşagəlməz ifadələr işlədib. O özünün facebook hesabında status yazaraq onu “qatil” adlandırıb. Bu ifadələr ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bütün xalq həmin psixoloqun həmin ifadələrlə tək şəhidi deyil ümumi Azərbaycan xalqını təhqir etmiş hesab edib. Buna gör də psixoloq məsuliyyətə cəlb olunması tələb edilib.
Hədəf14.az olaraq baş verənlərlə bağlı şəhidin ailəsiylə əlaqə saxladıq. Şəhidin ailəsi Mübarizin tək onların deyil, bütün xalqın şəhidi və övladı olduğunu bildirirərək hər şeyi xalqın öhdəsinə buraxdığını qeyd etdi. Daha sonra Fövqaladə Hallar Nazirliyinin mayoru Araz Musayev psixoloq haqqında hüquqi tədbir görülməsi üçün məhkəməyə müraciət edəcəyi ilə bağlı şəhidin ailəsinin icazəsini alıb. Daha sonra mayor Xətai Rayon məhkəməsinə ərizə ilə müraciət edib.
Bütün bunlardan sonra isə N. Şahmarzadə video çıxış ilə şəhidin ailəsindən üzr istəyib. Həmin videonu sizə təqdim edirik.
Xatun Etibarqızı