Sabirabadlılar Prezident Administrasiyasına yürüş etdilər

Prezident Administrasiyasına yürüş məqsədləri barədə danışan kənd sakini bildirdi ki, məmur özbaşınalığından bezdikləri üçün ölkə başsına şikayət etməyə gəliblər: “Və yaxud administrasiyada kimsə bizi dinləsin. Rayon hüquq-mühafizə orqanların əməkdaşlarından da şikayətçiyik. Övıladlarımızı haqsız yerə 11 aydır həbs ediblər”.
12 manata görə 11 il iş
Həbs olunan Sabirabad sakinlərinin yaxınları qəzetimizə açıqlamalarında bildirdilər ki, gəncləri şərləyərək həbs ediblər: “12 manata görə 11 il iş istəyən prokurorun vijdanının olmasından şübhə edirik. Bu üç gənci kənddə hər kəs çox gözəl tanıyır. Mədəni, tərbiyəli uşaqlardır. İndi onlara quldurluq maddəsi ilə iş açıblar. Axı bunlar taksi sürücüsünü qəsb etməyiblər. Pulları çatmayıb, deyiblər qalanını da sonra verərik. Buna görə 11 il iş verərələr?”.(Müsavat)