
Bir müddət əvvəl Azərbaycandakı hicab məhbusları ilə bağlı nati-təbliğata start verilmişdi
Təbliğatda bildirilirdi ki, hicab məhbusları mərcəiyyət tərəfindən dəstəklənmirlər, yəni onların hicabla bağlı atdıqları addımlar İslama görə düz olmamışdır və ya tələskənlik etmişlər.
Ayətullah Məkarim Şirazinin rəsmi saytı – makarem.ir vasitəsilə ünvanlanan sual və cavabı sizə təqdim edirik:
Sual: Azərbaycanda hicab qadağasına etiraz etdikləri üçün zindana düşənlər var. Bunları bəzən tələskənlikdə ittiham edirlər. Sizin hicab məhbusları ilə bağlı görüşünüz nədir? Onlar həqiqətən tələsmişlərmi?
Cavab: “Bismillahir-Rəhmanir-Rəhim
Salam və təhiyyətlə:
Onlar yaxşı iş görmüşlər və Allah yanında əcr sahibləridir.
Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanası”