ArxivXəbərlər

Qadınlar Şəhadət və Həmrəylik tədbiri keçirdilər

 

İmam Kazimin (ə) şəhadəti və İslamçı məhbuslarla həmrəylik ongünlüyü münasibətilə dünən – may ayının 25-də Qum şəhərində azərbaycanlı qadınlar tərəfindən tədbir keçirildi. Hicab və Hicab Məhbuslarının Müdafiə Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbir Quran tilavəti ilə açıq elan olundu. Tədbirdə çıxış edən ilahiyyatçı alim xanım Zeynəb Nəzadi İmam Musa Kazimin (ə) məşəqqət dolu həyatından, ona dəstək verən qadın möminlərdən danışdı, dövrün mömin məhbuslarına maddi və mənəvi dəstəyin vacibliyini vurğuladı.
Tədbirdə şəhadət münasibətilə mərsiyələr və islamçı məhbuslara həsr olunmuş şeirlər oxundu. Çıxış edənlər hicab məhbuslarının ailələri ilə həmrəyliklərini və onları yalqız qoymayacaqlarını bildirdilər.
Tədbirin sonunda şəhadət münasibətilə ehsan süfrəsi açıldı, tədbirdə iştirak edən məhbus ailələrinin komitə tərəfindən Məşhəd ziyarətinə göndərilməsi üçün müvafiq göstərişlər verildi. Şəhadət və həmrəylik tədbiri İmam Mehdinin (ə) zühuruna dualarla başa çatdı.
Hicab və Hicab Məhbuslarının Müdafiə Kömitəsinin Mətbuat Xidməti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button