Xəbərlər
Puşkini tanımayan azərbaycanlılar Rusiyada işləyə bilməyəcək
Rusiya Miqrasiya Xidmətinin rəhbəri yeni qanun layihəsindən danışıb.
2015-ci ildən etibarən Rusiyada çalışmaq istəyən bütün əcnəbilərin rus dilini bilib-bilmədiyi məcburi şəkildə yoxlanacaq. “İnterfaks” verdiyi məlumata görə, bunu Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski deyib. O bildirib ki, Dövlət Dumasında müvafiq qanun layihəsinə baxılır:
“2015-ci il yanvarın 1-dən Rusiyada çalışmaq istəyən bütün xarici ölkə vətəndaşları – yüksək ixtisaslı mütəxəssislər istisna olmaqla – rus dili, Rusiya tarixi və Rusiya qanunvericiliyinin əsasları ilə bağlı məcburi testə cəlb olunacaqlar”.
apa