ArxivXəbər lentiXəbərlər

Özgündüzdən Türkiyədə şiələri hədəf alan saray yazarına sillə kimi cavab

Bu gün İstanbulun Halkalı bölgəsində Zeynəbiyyə məscidində cümə namazını şiə alimlərindən olan Səlahəddin Özgündüz qıldırıb
İslamazeri.az-ın verdiyi xəbərə görə,  solçuların saray yazarı kimi qələmə verdiyi və AKP-dən millət vəkili olmaq üçün namizədlik verən yazar Aydın Ünal özünün sosial şəbəkə profilində şiələri təhqir edib. O öz hesabında yazıb: “Şiələr məsihilərin səlib yürüşləri zamanı xaçlılarla ittifaq etmişdilər. O gündən bəri həmişə qeyri-müsəlmanlarla bir cərgədə müsəlmanlara qarşı durdular.” Qeyd edək ki, ara-sıra bu tip adamlar şiələri hədəfə alırlar. Şiə alimlərindən olan Səlahəddin Özgündüzün xütbəsində bu ittihamları irəli sürənlərə deyib: “Biz zalimlə əl-ələ vermərik, eyni cərgədə olmarıq” deyirsiz. Adamdan soruşmazlarmı:  Fransada İsrailin baş nazirilə niyə eyni cərgədə, eyni fotoqrafın içindəydin? İsraillə əl-ələ verərək ağlama divarının önündə nədən ağlayırdız? Sionistlər nə vaxtdan bəri zalimlikdən çıxdılar? Türk diplomatların qatili, yüz minlərlə Türkün qatili ermənilər üçün Azərbaycan bayrağını zibil qabına atırsız. Burada Rumu razı salmaq üçün Kıbrıs mücahidi rəhmətlik Rauf Denktaşın haqqını tapdalayırsız. Hər kəsin qəlbi sülh istəyərkən siz niyə buna mane olmağa çalışırsız? Liviya deyir Türkiyə terrora dəstək verir. Tunis deyir Türkiyə terrora dəstək verir. Yəməndə tərəflər sülh üçün demokratik həll üçün bir araya gəlirlər, bizim gəmilərlə daşınan silahlar yaxalanır Yəməndə. Yəməndə sülh üçün səy göstərən sünni lider öldürülür. Allahdan qorxun, Peyğəmbər buyururki, “Sülhdən gözəl şey yoxdur.” Özgündüz daha sonra deyib: “İŞİD-lə dost ola bilirsiz, insan əti yeyənlərlə dost ola bilirsiz də, İmam Əli (ə) övladları nə etdilərki onlarla barışa bilmirsiz? Bizlə (Türkiyə ilə) problemləri yoxdur, torpağımızda gözləri yoxdur. Suriyada və ya İraqda, sünni şiə olsun, heç fərqi yoxdur kim məzhəbinə görə bir birini öldürürsə Allah ona lənət etsin. Şiə öldürüləndə canım necə yanırsa, sünni öldürüləndə də canım o qədər yanır. Biz qardaşıq bunu Quran deyir…”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button