Peyğəmbərin nəvəsi Həzrət Hüseyn (ə) ailəsinin və ona yaxın 72 nəfərin Kufə yaxınlığındakı Kərbəla çölündə şəhid olduğu “Kərbəla hadisəsi”, İslam dünyasında “matəm günü” olaraq qəbul edilir. İmam Hüseynin (ə) Kərbəlada şəhid olmasının 1341 -ci ildönümündə Halkalıdakı Aşura Meydanında məraasimlər təşkil edilib.
Qafqaz.ir xəbər verir ki, Türkiyədən və xaricdən mərasimə qatılmaq üçün səhər saatlarından İstanbul Halkalı meydanına gələnlər “Ya Hüseyin”, “Ya Zeyneb”, “Ya Rəsulullah” şüarlar səsləndiriblər.
İştirakçılar məhəllələr, dərnəklər və müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən qurulan qruplar tərəfindən oxunan mərsiyə və dualara səs verirdilər, göz yaşları axıtdılar
Mərasimdə 44 günluk Vətən Müharibəsində qanlarını vətən torpağı uğrunda tökənlər, canlarından keçənlər də yad edilib. Vətən qazisi Taleh Camalov da Aşura Meydanındakı mərasimlərdə iştirak edib.
Eyni zamanda Yəhya Kamal Beyatlı Mərkəzində də İmam Hüseynin (ə) Kərbəlada şəhid olmasının 1341–ci ildönümü mərasimlərində əhlibeyit alimləri və dövlət rəsmiləridə iştirak edib. Mərasim zamani dörd bir tərəfdə İmam Huseyn ehsanları paylanılıb
Meydanda həmçinin Qızıl Aypara tərəfindən “Qan ver, can qurtar” şüarı ilə qan bağışlama kampaniyası da təşkil edilmişdi.