Bu gün Ermənistanın Azadlıq meydanında mitinq keçirən ölkə müxalıfəti baş nazir Nikol Paşinyanı istefa verməyə çağırıb.
Qafqaz.ir-nın “Sputnik Armenia”ya istinadən məlumatına görə, Daşnaksütun partiyasının nümayəndəsi İşxan Sağatelyan baş nazirə dekabrın 8-i günortayadək vaxt verdiklərini bəyan edib. “Paşinyan və komandası göstərilən vaxtdək isttfa verməsə, bütün Ermənistan ərazisində mülki itaətsizlik hərəkətləri başlayacaq”.
“Paşinyan çərşənbə axşamına qədər istefa verməsə, onu özümüz çıxaracağıq”, – deyə müxalifət fəalı vurğulayıb.