ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Vurulduğu iddia olunan Fazil Qəzənfəroğlu 14 gündən sonra evinə qayıdıb

Martın 28-də evinin qarşısında avtomatla vurulduğu iddia olunan Fazil Qəzənfəroğlu evinə qayıdıb.

Qafqaz Həqiqətləri xəbər verir ki, bu barədə onun köməkçisi məlumat yayıb. 14 gündən sonra F.Qəzənfəroğlunu ailə üzvləri qarşlayıb.

Xatırladaq ki, Azərbaycan mətbuatında bu iddia barədə bu günədək davamlı yüzlərlə xəbər tirajlanıb, lakin vurulduğu iddia olunan hadisədə Fazilin nə hadisə yerindən 1 fotosu, nə bir təhlükəsizlik kamerası görüntüsü, nə də hadisədən dərhal sonra xəstəxanada müalicə-müayinə görüntüləri indiyədək heç yerdə yer almayıb.

Qardaşının verdiyi açıqlamaya əsasən, ərazidəki təhlükəsizlik kamerasının görüntülərini tələb etsələr də, xüsusi xidmət və hüquq-mühafizə orqanları bu görüntüləri ailəyə təqdim etməyib. Bu görüntülər indiyədək ictimaiyyətdən gizli saxlanılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button