AktualAktualArxivXəbər lentiXəbərlər

Hacı Mövsüm Səmədov Qobustana göndəriləcək /foto

Hacı Mövsüm Səmədovun məhkəməsi keçirildi

İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi məlumata görə, Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov məhkəmənin qərarı ilə həbs müddətinin 2 ilini Qobustan qapalı tipli cəza çəkmə müəssisəsində keçirəcək. Qeyd edək ki, Hacı Mövsüm Səmədovun məhkəmə iclası saxlanıldığı 12 saylı cəza çəkmə müəssisəsinin daxilində keçirilib.  16:05

AzadXeber.az-ın verdiyi məlumata görə, sözügedən məhkəmə prosesi hazırda öz işinə başlayıb. Bu barədə Mövsüm Səmədova dəstək üçün 12 saylı Cəza Çəkmə Müəssisəsinin qarşısına yollanan inanclılar və ruhanilər məlumat veriblər. Hazırda həbsxanaya gedən yollara polislərdən ibarət postlar qurublar. Avtomobillə 12 saylı CÇM-nə getmək istəyən avtomobillərin hamısı yoxlanılaraq əraziyə buraxılır. Verilən məlumata görə, hazırda ruhanilərin və islamçıların avtomobillərini əraziyə buraxmırlar.  

 
Qeyd edək ki, AİP lideri Mövsüm Səmədov heç bir səbəb göstərilmədən 11 saylı cəzaçəkmə müəssisəsindəki yeri dəyişdirilərək 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. 12 saylı ÇCM-də isə dərhal “karser”ə salınıb. Karserlə bağlı təyin olunan müddət bitməmiş, Mövsüm Səmədovun karser müddəti yenidən başqa bir bəhanə ilə 7 gün də artırılıb. Bütün bunlar azmış kimi, həbsxana rəhbərliyi Mövsüm Səmədovun guya daxili nizam-intizam qaydalarını pozduğunu əsas gətirərək onu Qobustan ciddi rejimli həbsxanaya 3 il müddətinə köçürülməsi ilə bağlı məhkəməyə təqdimat verib. Ölkənin inanclı kəsimi AİP lideri ilə bağlı baş verənlərin hamısının siyasi sifariş olduğu qənaətindədirlər. 
Hacı Mövsüm Səmədova həmrəylik nümayişi (Video-Foto)
Hacı Mövsüm Səmədova həmrəylik nümayişi (Video-Foto)
Hacı Mövsüm Səmədova həmrəylik nümayişi (Video-Foto)
Hacı Mövsüm Səmədova həmrəylik nümayişi (Video-Foto)
Hacı Mövsüm Səmədova həmrəylik nümayişi (Video-Foto)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button