Nurçuların azərbaycanlı lideri həbs edildi

Birliyin əsas məqsədi ümumdünya islam dövləti qurmaqdır.
Rostov-Dondakı Oktyabr Rayon Məhkəməsi yerli nurçuların mənəvi lideri Hacıbəy İsmayılovun 130 min rubl cərimə olunması barədə qərar çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rostov vilayəti üzrə FTXİ-dən bildiriblər.
“Məhkəmədən bildirilib ki, H.İsmayılov istintaqa kömək etdiyi üçün məhkəmə onu azadlıqdan məhrum etməyib, bu cür yüngül cəzalandırıb” – idarədə dəqiqləşdirilib.
H.İsmayılov 1966-cı ildə Azərbaycanda doğulub. O, Rostov-Donda mollalıq edib və nurçular ibadət və müxtəlif ayinlərin icrası yeri kimi məhz onun mənzilindən istifadə ediblər. 2005-ci ildən 2012-ci ilə qədər o, Ukraynada yaşayıb. Amma qayıdandan sonra ekstremist fəaliyyətini davam etdirib. Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları axtarış zamanı onun mənzilindən nurçuluq təriqətinin yaradıcısı Səid Nursinin müəllifi olduğu 1000-dən artıq kitab aşkarlayıblar. Məlum olub ki, Rusiyada yayılması qanunla qadağan olunan bu kitabların əksəriyyəti Türkiyədən gətirilib, FTX-də əlavə ediblər.
“Nurçu” qadağan edilmiş beynəlxalq dini ekstremist birlikdir, onun əsas məqsədi ümumdünya islam dövləti qurmaqdır. Bu məqsəd ilə birliyin iştirakçıları ali təhsil məktəblərinin sistemini qururlar. Bununla yanaşı “Nurçu”lar RF-də rəsmi qeydiyyata malik deyillər və gizli fəaliyyət göstərirlər. 2008-ci ildən sektanın RF-da fəaliyyəti Ali məhkəmə tərəfindən qadağan edilib.
E.Ə.