ArxivXəbər lentiXəbərlər
Azərbaycandan Suriyaya döyüşçü göndərən şəxs həbs olundu

Hüquq-mühafizə orqanları Xaçmaz rayonu Xudat şəhərində xəvariclərə qarşı xüsusi əməliyyat keçirib.
Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dünən gecə keçirilən əməliyyat nəticəsində xəvaric qruplaşmasının aktiv üzvlərindən olan Nizami Seyidov həbs olunub. İlkin məlumata görə, ondan silah-sursat da aşkar olunaraq götürülüb.
Məlumata görə, N. Seyidov keçmiş polis-mayoru olub. Hazırda təqaüddədir. Bir neçə il öncə sələfi cərayanına qoşulub. Daha sonra sələfilərin radikal qolu olan xəvaric qruplaşmasına daxil olub. Onun bölgədə gəncləri Suriyaya döyüşə getməyə təhrik etdiyi haqda məlumatlar var.