ArxivXəbər lentiXəbərlər

“İŞİD” 1500 uşağı oğurladı

qafqaz.az-ın verdiyi məlumata görə, “İŞİD” terror qruplaşmasının İraqda qətliamları davam edir. Terrorçuların hücumları nəticəsində ələ keçirdiyi bölgələr arasında ən çox zərərçəkənlərdən biri də Sincar əyalətidir.
Qeyd edək ki, avqust ayının 3-dən bu günə kimi Sincar əyalətindən on minlərlə sakin dağlara və ətraf bölgələrə qaçaraq canını qutarıb. Eyni zamanda terrorçuların bölgəyə hücumları nəticəsində 1500 yəzdi uşaq oğurlanıb. Onlardan 500-nün 16, 1000 azyaşlının isə 12 yaşlı olduğu bildirilir.
Bildirək ki, İraqın baş naziri Heydər Əl-İbadi ABŞ-ın müdafiə naziri Çak Hegelin ölkəsinə səfəri zamanı Vaşinqtondan “İŞİD”-ə qarşı daha ciddi addımlar atmasını istəyib. Çak Heglen isə öz növbəsində “İŞİD”lə bağlı ciddi tədbirlər görəcəklərini bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button